RU

İrandan Əfqanıstana miqrantları aparan avtobus qəzaya düşüb, 76 nəfər ölüb - VİDEO

İrandan Əfqanıstana qayıdan miqrantları daşıyan avtobus qəzaya düşüb.

APA BBC-yə istinadən xəbər verir ki, Əfqanıstanda baş verən hadisə nəticəsində 76 nəfər ölüb.

3 nəfər ağır xəsarət alıb.

Bildirilib ki, avtobus İrandan qayıdan əfqanıstanlı miqrantları Kabil şəhərinə apararkən motosiklet və yanacaq daşıyan yük maşını ilə toqquşub.

BMT-nin miqrasiya agentliyinin məlumatına görə, bu ilin başlanğıcından bəri İran və Pakistandan Əfqanıstana qayıdan miqrantların sayı təxminən 1.5 milyon hesablanıb.

Избранный
13
4
apa.az

10Источники