RU

Azərbaycan Rusiya üçün “çörək verən” ölkədir İqtisadçı

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Rusiyanın müxtəlif dairələrində ölkəmizlə münasibətlərdəki gərginliyin Azərbaycanın iqtisadi durumuna, ələlxüsus ticarət dövriyyəsinə mənfi təsir edəcəyi iddia edilir. Maraqlıdır, onlar doğurdan anlamır ki, Azərbaycanla ticarət dövriyyəsində qazanan tərəf məhz Rusiyadır?"

"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, ötən il Rusiyaya cəmi 1,2 milyard dollarlıq məhsul ixrac edib, qarşılığında Rusiyadan 3,6 milyard dollarlıq məhsul idxal etmişik:

"Nəticədə Azərbaycan üçün Rusiya ilə ticarətdə 2,4 milyard dollarlıq mənfi saldo yaranıb. Yəni, Rusiya bu münasibətlərdən 2,4 milyard dollarlıq müsbət saldo əldə edib. 2025-ci ilin ilk 6 ayının rəqəmləri göstərir ki, vəziyyət dəyişmir. İxracımız cəmi 6,1% artaraq 590 milyon dollara çatdığı halda, Rusiyadan idxalımız təxminən 20% artıb və 2 milyard dollara yaxınlaşıb. Yəni, hər il, hər hesabat dövründə mənzərə eynidir. Azərbaycanla ticarət dövriyyəsindən daha çox qazanan tərəf daim Rusiya olur. Niyə Donald Trump ticarət dövriyyəsində müsbət saldo əldə etdiyi ölkələrə sevgi göstərir, mənfi saldosu olan ölkələrə tarif tətbiq edir? O bilir ki, müsbət ticarət saldosu olan ölkələr “çörək verən” ölkədir. Bəli, Azərbaycan Rusiya üçün “çörək verən” ölkədir. Ümumi ticarətin 80%-i Rusiyanın xeyrinə işləyir".

İqtisadçı qeyd edib ki, zamanla bu təhdidlərin artmaması və risklərin minimumlaşdırılması üçün prosesə baxışın ciddi dəyişməsinə ehtiyac var: "Asan proses olmasa da, amma alternativ bazarların və yeni istiqamətlərin təhlili, yeni mexanizmlərin tətbiqi, pilot ixrac layihələrin icrası mümkündür. Bu yolla Azərbaycan özünü daha dayanıqlı və müstəqil iqtisadi modelə aparacaq. Əsl inkişaf, tərəqqi problem və çətinlikdən doğur. Bundan qorxmaq lazım deyil".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
115
1
unikal.az

2Источники