RU

Ermənistan Livandakı səfirini geri çağırıb

 Ermənistan prezidenti Vaagn Xaçaturyan Livandakı fövqəladə və səlahiyyətli səfir Vaaqn Atabekyanın geri çağırılması barədə sərəncam imzalayıb, prezidentin mətbuat xidməti çərşənbə günü bildirib.

Qərar baş nazir Nikol Paşinyanın təqdimatı əsasında qəbul edilib.

Atabekyan 2018-ci ilin noyabrından Ermənistanın Beyrutdakı diplomatik nümayəndəliyinə rəhbərlik edirdi. Ermənistan və Livan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub, 1994-cü ildən isə Beyrutda Ermənistan səfirliyi fəaliyyət göstərir.

N.Təbrizli

Избранный
64
1
anews.az

2Источники