RU

Azərbaycanın toxuculuq sənayesi 27 faizdən çox artıb

2025-ci ilin yanvar–iyul aylarında Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 302,2 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata  əsasən, toxuculuq sənayesində illik artım 27,5 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 20,3 faiz təşkil edib. Geyim istehsalı 38,3 faiz azalıb.

Ayrı-ayrı istiqamətlərdə mənzərə fərqlidir. Pambıq ipliyi istehsalı 11,1 min ton (+24,5 faiz), parça istehsalı 17,3 milyon kv. m (+18,7 faiz) olub. Pambıq mahlıcı isə təxminən üçdəbir artaraq 47,7 min tona (+32,1 faiz) çatıb. Xalça və xalça məmulatları istehsalı 1,9 min kv. m həcmində qeydə alınıb ki, bu da ötən ildən 5 faiz azdır.

Geyim seqmentində 394,9 min ədəd üst geyimi (+0,5 faiz) və 889,8 min ədəd alt geyimi (+58,2 faiz) istehsal olunub. Digər istiqamətlər üzrə azalma müşahidə olunub.

Ayaqqabı istehsalı da müsbət dinamika göstərib: 490,5 min cüt (+7 faiz). Emal edilmiş dərinin istehsalı 2,2 dəfə artaraq 34,4 min kv.m çatıb.

Daxili bazarda toxuculuq, geyim və ayaqqabı məhsulları pərakəndə ticarət dövriyyəsində 4,46 milyard manat (+4,6 faiz) təşkil edib. Yanvar–iyul aylarında istehlakçı xərclərinin 12,7 faizi bu malların payına düşüb.

Избранный
26
1
operativmedia.az

2Источники