2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə ixtisas seçimində 86 min 461 ərizə təsdiqlənib.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, birinci ixtisas qrupunda 23 min 919 (Azərbaycan bölməsi üzrə - 22 min 209, rus bölməsi üzrə - 1710), ikinci qrupda 19 min 42 (Azərbaycan bölməsi üzrə - 17 min 683, rus bölməsi üzrə - 1359), üçüncü qrupda 24 min 414 (Azərbaycan bölməsi üzrə - 22 min 130, rus bölməsi üzrə - 2284), IV qrupda 6966 (Azərbaycan bölməsi üzrə 6319, rus bölməsi üzrə 647) ərizə təsdiqlənib. V qrupda 16 min 517 (Azərbaycan bölməsi üzrə 14350, rus bölməsi üzrə 2167) ərizə təsdiqlənib.
Xatırladaq ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 14 min 305, rus bölməsi üzrə 860 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5220 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 20 min 385 plan yeri ayrılıb. Bundan 15 min 199 yerə qəbul dövlət sifarişi əsasında aparılır.
Yerlərin altqruplar üzrə paylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 12 min 955 plan yeri (o cümlədən Azərbaycan bölməsində 9845, rus bölməsində 510, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2600) var. RK altqrupunda dövlət sifarişi əsasında 9199 plan yeri var.
Rİ altqrupu üzrə ümumilikdə 7430 plan yeri (o cümlədən Azərbaycan bölməsində 4460, rus bölməsində 350, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2620) mövcuddur. Rİ altqrupunda dövlət sifarişi əsasında 6000 plan yeri ayrılıb.
II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 615, rus bölməsi üzrə 590 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2730 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 935 plan yeri ayrılıb. II ixtisas qrupunda 4145 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.
III ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 863, rus bölməsi üzrə 1520 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2200 yer olmaqla, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 583 yer ayrılıb. Bu yerlərdən 4163-nə qəbul dövlət sifarişi əsasında aparılır.
Plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə DT altqrupunda ümumilikdə 13 min 558 plan yeri (o cümlədən Azərbaycan bölməsində 10 min 538, rus bölməsində 1245, hər iki bölmənin birgə müsabiqəsi üzrə 1775) var. DT altqrupunda dövlət sifarişi əsasında 3953 plan yeri var.
TC altqrupu üzrə ümumilikdə 2025 plan yeri (o cümlədən Azərbaycan bölməsində 1325, rus bölməsində 275, hər iki bölmənin birgə müsabiqəsi üzrə 425) mövcuddur. TC altqrupunda dövlət sifarişi əsasında 210 plan yeri ayrılıb.
IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 3617, rus bölməsi üzrə 360 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 755 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4732 plan yeri ayrılıb. Bu yerlərdən 3578-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.
V ixtisas qrupunda Azərbaycan bölməsi üzrə 1829 və rus bölməsi üzrə 217, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2658 olmaqla cəmi 4704 plan yeri nəzərdə tutulur. 1602 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.