Bakı. Trend:
Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqəninmüsahibə mərhələsinə başlanılıb.
Trendxəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan ResuslarıMərkəzi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhər 161 nömrəli tam orta məktəbdəkeçiriləcək müsahibələrə 3957 nəfər dəvət edilib. İlk gün rus dilivə ədəbiyyatı, ingilis dili, alman dili, Azərbaycan dili vəədəbiyyat, riyaziyyat, biologiya, fizika və coğrafiya fənləri üzrəmüsahibələr təşkil olunacaq.
26 avqust tarixinədək davam edəcək müsahibələr zamanı müvafiqkomissiyalar tərəfindən namizədlərin peşəkar kompetensiyaları,psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraqyoxlanılacaq.
Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunantarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğuvakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərinmüddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təminolunmayacaq.