ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
Urmu gölünün qurudulması ilə bağlı Şərqi Azərbaycan valisi ilə görüşmək üçün Təbriz əyalətinin qubernatorluğuna getmiş bir neçə ətraf mühit fəalı təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
Gunaz.tv
Həbs edildikdən sonra bu ətraf mühit fəalları Saeb küçəsində yerləşən əyalət kəşfiyyat və təhlükəsizlik şöbəsinə təhvil verilib.
Fəallardan dördü Qazi Təbətəbayi Kompleksinin istintaq şöbəsi tərəfindən ittiham olunduqdan sonra bazar ertəsi azad ediliblər. İş üzrə hakim onların hər biri üçün üç sutkalıq həbs qərarı verib.
Əldə edilən xəbərlərə görə, həbs edilənlərdən biri Dr.Şəkərli adlı şəxs, digər üçü isə qadındır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.