RU

İran Zəngəzur dəhlizi ilə bağlı buna qarşı deyil – Vardanyan

İran ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etməsinə qarşı deyil.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Edqar Vardanyan deyib.

Ekspertin iddiasına görə, İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfərindən sonra Tehran bunda özünə qarşı bir təhlükə görmür:

“İranın ABŞ-nin bu və ya digər şəkildə iştirakı ilə bağlı müəyyən qeyd-şərtləri vardı, artıq İrəvanda bu suallara aydın, yekun, rəsmi, üzbəüz cavablar alıb. Tehran belə bir qənaətə gəlib ki, onun ilkin qorxuları neytrallaşdırılır və hazırda onun üçün köklü problem yoxdur”.

Qeyd edək ki, İran xarici işlər naziri Abbas Arakçı avqustun 15-də yerli KİV-ə müsahibəsində açıq şəkildə Azərbaycanın Zəngəzur dəhlizinə nəzarətinə qarşı çıxıb. Məsələ ilə bağlı Vaşinqtonun ideyasını dəstəkləyən iranlı nazir bildirib ki, Zəngəzur dəhlizinə Azərbaycan nəzarət edəcəkdi, “Tramp yolu”na isə nəzarət ABŞ şirkəti və Ermənistanda olacaq. Arakçı birinci durumun Tehranın maraqlarına uyğun olmadığını vurğulayıb.

Azərbaycanın ünvanına absurd iddialar səsləndirən XİN başçısı təxribatçı çıxışında bir az da irəli gedərək söyləyib ki, guya Zəngəzur dəhlizi məsələsində məqsəd Ermənistanın cənubunu ələ keçirmək olub, ABŞ ilə bağlı məsələdə isə bu “təhlükə” aradan qalxır. Nazir İrəvanın məsələ ilə əlaqədar Tehrana “zəmanət” verdiyini də açıqlayıb.

Избранный
64
7
konkret.az

9Источники