RU

Azərbaycanda vençur fondlarının sayı artırılacaq

Hazırda ölkəmizdə 3 vençur fondu formalaşdırılıb. Onların sayının artırılması istiqamətində agentlik tərəfindən iş aparılır.

Day.Az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat günündə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq 30-dan çox startapa müvafiq investisiya layihələri həyata keçirilib. Sədr qeyd edib ki, bu istiqamətdə investisiya layihələrinin genişləndirməsi istiqamətində müvafiq qurumlarla birgə işlər aparılır.

"Ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılması üçün bir neçə mühüm element vardır. Bunlardan da biri məhz startapların rahat maliyyələşmə alətləri ilə təmin olunması və müvafiq maliyyə resurslarına çıxışının asanlaşdırılmasıdır.

Beynəlxalq təcrübə nəzərə alınaraq bu istiqamətdə vençur maliyyələşməsi, eləcə də investisiyaların formalaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir", - deyə F.Osmanov fikrini yekunlaşdırıb.

Избранный
22
1
day.az

2Источники