Bakı. Trend:
London – Düşənbə marşrutu üzrə uçuş həyata keçirən “NOMADAVIATION AG” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texnikisəbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçünsorğu ünvanlayıb.
AZAL-dan Trend-ə bildirilib ki, təyyarə yerli vaxtla saat02:21-də uğurla Bakı aeroportuna eniş edib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksəkoperativlik nümayiş etdirərək və beynəlxalq standartlara uyğunfəaliyyət göstərərək texniki və fövqəladə hallarda sərnişinlərə vəhava gəmilərinə etibarlı dəstək təmin edir.