RU

Dünyada ən çox işçisi olan 500 ŞİRKƏT

Yazını böyüt
Yazını kiçilt

Dünya üzrə ən çox işçisi olan 500 şirkətin siyahısı hazırlanıb. Siyahıya 2,1 milyon işçisi ilə ABŞ-ın pərakəndə nəhəngi “Walmart” başçılıq edir. “Amazon” 1,56 milyon işçi ilə ikinci, Çinin avtomobil istehsalçısı BYD isə 968900 işçi ilə üçüncü olub. “Walmart”ın ölçüsü o qədər böyükdür ki, işçilərin sayı Estoniya və ya Latviyanın ümumi əhalisini üstələyir.

Hafta.az-ın yazdığına görə, Foxconn, Accenture, Volkswagen, Tata Consultancy Services, DHL, Compass Group və Jingdong Mall ilk 10 şirkət arasında yer alıb. Bu şirkətlərin hər biri yüz minlərlə insanı işlə təmin edir. Pərakəndə satış, texnologiya, logistika və avtomobil sektorları xüsusilə önə çıxır. İlk 500 siyahıda Türkiyədən dörd şirkət yer alıb: Koç Holding 132447 işçi ilə 176-cı, BİM 88336 işçi ilə 322-ci, Türk Hava Yolları (THY) 64570 işçi ilə 462-ci və Sabancı Holdinq 62786 işçi ilə 479-cu.

Qlobal ixtisarların aktual mövzu olduğu bir vaxtda açıqlanan bu məlumatlar böyük şirkətlərin əmək bazarında həlledici rolunu ortaya qoyur. Məşğulluğun ölçüsü baxımından bəzi şirkətlərin əhalisi kiçik ölkələrinkindən daha böyükdür.

Избранный
89
hafta.az

1Источники