Ağ Evdə Ukrayna sammitində mikrofonunun açıq olduğunu unudan ABŞ Prezidenti Donald Trampın fransalı həmkarı Emmanuel Makronun qulağına dediyi sözlər gündəm olub.
Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp Rusiya-Ukrayna sülh prosesi üçün Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini və Avropa liderlərini qəbul edib.
Liderlərlə görüşə getməzdən əvvəl mətbuata açıqlama verən Tramp Zelenski ilə görüşdə çoxsaylı məsələləri müzakirə etdiyini, Putinlə birbaşa danışdığını deyib. O həmçinin bildirib ki, Avropa liderləri ilə görüşdən dərhal sonra Putinə yenidən zəng edəcək.
Mətbuat konfransında mikrofonun açıq olduğunu unudan Tramp Makrona “Dəlicəsinə səslənir, amma Putin mənimlə razılığa gələcək” sözlərini söyləyib.
Həmin ABŞ Liderinin səsi bütün salonda eşidilib.
Billurə