RU

Bu il qatarlar 27 dəfə sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə toqquşub - ADY

Bakı. Trend:

Bu ilin 7 ayı ərzində ADY-yə məxsus qatarlar sahibsiz buraxılmıştəsərrüfat heyvanları ilə 27 dəfə toqquşub.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Bildirilib ki, nəticədə heyvanlar tələf olur, qatarlara zərərdəyir, maşinist təcili tormozlama etməli olur ki, bu dasərnişinlərin həyatına risk yaradır:

“Həmin heyvanların sahibləri qanunvericiliyə uyğun olaraqcərimələnir.ADY-nin sıx məskunlaşma ərazilərindən keçən dəmir yoluxətlərinin ətrafına çəkdiyi hasarlar bəzən bu cür məsuliyyətsizdavranışları “hasarlaya" bilmir.

“Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən

- mal-qaranı dəmiryol xətlərindən xüsusi ayrılmış yerlərdənkənarda, günün qaranlıq vaxtında, məhdud görünmə şəraitindəkeçirmək qadağandır,

- sürü mal-qara dəmiryol xəttindən təhlükəsiz keçirilmək üçündəstələrə bölünməlidir”, - məlumatda qeyd edilib.

Избранный
108
18
az.trend.az

10Источники