RU

Ukraynanın ABŞ-dan almaq istədiyi hərbi paket indiyədək aldığından çoxdur

Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-dan almağı gözlədiyi 90 milyard dollarlıq silah paketi Kiyevin Rusiyanın işğalçı müharibəsi başlayandan bəri Vaşinqtondan aldığı bütün hərbi yardımların dəyərini üstələyir. 

Olaylar.az xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ Konqresinin Büdcə Bürosunun məlumatlarına görə, Vaşinqton 2022-ci ilin fevral ayından Ukraynaya 128 milyard dollar yardım ayırıb ki, bunun da 70,6 milyard dolları hərbi yardım olub.

Bu vəsait təkcə birbaşa silahlara deyil, həm də təlim, maddi-texniki təchizat və kəşfiyyata ayrılıb.

Eyni dövrdə Avropa Komissiyasının məlumatına görə, Avropa İttifaqı Ukraynaya ümumi Avropa Sülh Mexanizmi proqramı çərçivəsində 7,1 milyard dollar, ayrı-ayrı ölkələr vasitəsilə isə 62,5 milyard dollar olmaqla ümumilikdə 69,6 milyard dollar məbləğində hərbi yardım ayırıb.

Beləliklə müharibə başlayandan bəri ABŞ və Aİ-nin ümumi hərbi yardımı 140,2 milyard dollar təşkil edir ki, bu da Kiyevin hazırda almaq istədiyi məbləğlə müqayisə oluna bilər.

Planlaşdırılan alışlar Kiyevə əhəmiyyətli həcmdə silah almaq imkanı verəcək. "Patriot" hava hücumundan müdafiə sisteminin ixrac dəyəri təqribən 2,5 milyard dollar, F-16 təyyarəsi 50-70 milyon dollar, bir ATACMS raketinin qiyməti isə 1,5 milyon dollardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники