Bakı.Trend:
Dəmir yolunda kran-drezinlə toqquşan avtomobilin sürücüsüxəstəxanada vəfat edib.
Trend xəbərverir ki, hadisə Yevlax-Bərdə dəmir yolu xəttinin 22-cikilometrliyində baş verib.
Belə ki, 12.08.2025-ci ildə 12:35 1971-ci il təvəllüdlü F.Quliyev idarə etdiyi “Mecane” markalı avtomobillə Yevlax-Bərdədəmir yolu xəttinin 22-ci kilometrliyi piket 8-də dəmir yoluxəttinin üzərində kran-drezinlə toqquşaraq Bərdə şəhər diaqnostikamərkəzinə yerləşdirilib.
Yaralı 19.08.2025-ci il tarixdə aldığı xəsarətlərdən həminMərkəzdə ölüb.
Faktla bağlı Yevlax stansiyası xətt polis şöbəsinin istintaq vətəhqiqat qrupunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işibaşlanaraq istintaq aparılır.