RU

Bu gün MİQ-də müsahibə mərhələsi başlayır

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsahibə mərhələsi başlayır.

Bakıvaxtı.az xəbər verir ki, Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, ümumilikdə 3957 namizədin dəvət olunduğu müsahibələr avqustun 20-dən 26-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Избранный
30
37
bakivaxti.az

10Источники