RU

Zelenski: Rusiya işğalına qarşı mübarizənin simvolu

Tarix bəzən bəzi liderləri sadəcə bir siyasətçi olmaqdan çıxarıb, onların adını xalqlarının taleyi ilə eyniləşdirir. Ukrayna Prezidenti Volodimir Zelenski də bu adlardan biridir. O, Rusiyanın qanlı işğalına qarşı yalnız öz xalqını deyil, bütün azad dünyanı müdafiə edən bir dirəniş simvoluna çevrilmişdir.

Bir komediyaçidən tarixi liderliyə

Zelenski siyasətə atıldığında bir çox insan onun dövlət idarəçiliyində uğurlu ola biləcəyinə şübhə ilə yanaşırdı. Lakin 2022-ci ildə Rusiyanın Ukraynaya başladığı genişmiqyaslı işğal onun əsl xarakterini üzə çıxardı. Müharibənin ilk günlərində ölkəsini tərk etməyi rədd edərək, cəbhədəki əsgərlərlə eyni taleyi paylaşacağını bütün dünyaya bəyan etdi. Bu qərarı Zelenskini xalqının gözündə bir qəhrəman halına gətirdi.

Müharibənin yükünü daşıyan lider

İşğaldan keçən illər Zelenskinin üzünə dərin cizgilər saldı. Bir neçə il əvvəl gənc və enerjili bir lider olan Zelenski indi sanki otuz il qocalmış bir dövlət adamı görünüşündədir. Bununla belə, onun qətiyyəti, mübarizə əzmi və xalqına olan sevgisi azalmadı. Əksinə, müharibənin hər yeni mərhələsi onu daha da sərtləşdirdi, daha da qətiyyətli bir lidere çevirdi.

Faşizmə qarşı mübarizə

Ukraynadakı müharibə yalnız iki ölkə arasında yaşanan bir qarşıdurma deyil. Bu müharibə, avtoritarlığa qarşı azadlığın, faşizmə qarşı demokratiyanın mübarizəsidir. Zelenski bu mübarizənin ön cəbhəsində yer alan bir liderdir. Onun cəsarəti və sözləri yalnız ukraynalılar üçün deyil, bütün dünya üçün ilham mənbəyinə çevrilmişdir.

Qəhrəmanlıq və tarixi irs

Bu gün Zelenski sadəcə bir dövlət başçısı deyil; xalqının azadlıq mübarizəsinin simvoludur. Tarix kitabları onu işğala boyun əyməyən, ölkəsini tərk etməyən, xalqı ilə çiyin-çiyinə dayanan bir qəhrəman kimi yazacaqdır.

İlkin Məmmədkərimov,

News365.az  

Избранный
26
3
news365.az

4Источники