RU

III dünya savaşı təhlükəsi Putin-Tramp görüşü ilə sovuşdu - Orban

Üçüncü dünya müharibəsi təhlükəsi yalnız ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin Alyaskadakı görüşü ilə azaldı.

Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Feysbukda yazıb.

“Təsdiq olundu ki, üçüncü dünya müharibəsi təhlükəsi ancaq Trampla Putinin görüşü ilə azaldı”, - o qeyd edib.

Orban həmçinin qeyd edib ki, AB liderləri bu onlayn sammitdə Rusiyanı təcrid strategiyasının uğursuz olacağı qənaətinə gəliblər:

“Eyni zamanda anlaşıldı ki, Rusiya-Ukrayna münaqişəsi cəbhədə deyil, yalnız diplomatiya yolu ilə həll oluna bilər. Ukraynanın Avropa İttifaqına üzvlüyünün ona heç bir təhlükəsizlik zəmanəti verməyəcəyi də təsdiqlənib”.

Избранный
56
4
axar.az

5Источники