RU

Britaniya seçkilərin keçirilməsində Ukraynaya yardım edəcək

Böyük Britaniya və Ukraynanın seçki komissiyaları arasında əməkdaşlıq sazişi imzalanıb.

Paralel.az xəbər verir ki, bu barədə Britaniya Seçki Komissiyası məlumat yayıb.

Sənədə əsasən, London müharibədən sonrakı ilk seçkilərin keçirilməsində Kiyevə yardım edəcək.

“Anlaşma Memorandumu bizim demokratik proseslərin təmin edilməsinə dair birgə öhdəliyimizi təsdiq edir və növbəti illərdə əməkdaşlıq üçün zəmin yaradır”, - məlumatda bildirilir.

Qeyd olunub ki, əməkdaşlığa seçkilərin idarə edilməsi, kibertəhlükəsizlik və seçicilərin maarifləndirilməsi məsələlərində təcrübə mübadiləsi daxil olacaq.

Избранный
30
11
paralel.az

10Источники