RU

Qurban Qurbanov: “Hesabda üstünlüyümüz olsa da…”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-offunda “Ferentsvaroş”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Macarıstan çempionları arasındakı ilk oyun bu gün Budapeşt şəhərində baş tutub.

Ağdam klubu bu görüşdən 3:1 hesablı əzmkar qələbə ilə ayrılıb. Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Möhtəşəm qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Baxmayaraq ki, gərgin oyuna şahidlik etdik. Futbolçularımız bu qədər azarkeş önündə sona qədər mübarizə apardılar, əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm, bizi yalnız buraxmadılar. Stadionda çox gözəl ab-hava var idi. Üstünlüyümüz olsa da, hesab heç kimi aldatmamalıdır. Bakıdakı qarşılaşmada daha ciddi oynamalıyıq. Çünki rəqibin heyətində elə futbolçular var ki, adi vəziyyətdə qol vura bilirlər”.

Qurban Qurbanov rəqib komandanın ilk qolu vurmasından sonra həvəsdən düşmədiklərini söyləyib:

“Deməzdim ki, ilk qoldan sonra həvəsdən düşdük. Sadəcə, səfərdə qol buraxırsansa, istər-istəməz həyəcan çoxalır. Buraxılan qoldan sonra üzərimizdə təzyiq bir qədər də artdı. Lakin get-gedə qarşılaşmada nəzarəti ələ ala bildik. Xüsusilə ikinci hissədə riskə getdik. Çünki hesabda geridə idik. Fasilədən sonra çox qol vurmaq istəyirdik”.

Xatırladaq ki, “Qarabağ” və “Ferentsvaroş” arasındakı cavab qarşılaşması gələn həftə Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq həlledici oyuna saat 20:45-də start veriləcək. İki oyunun nəticəsinə əsasən qalib gələcək tərəf UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələcək.

Избранный
48
2
arena.az

10Источники