RU

Ərəb turistlərin etdiyi əməl... - Deputat "ifrata varmamalıyıq" deyir

"Bunu təbliğat kampaniyasına çevirmək düzgün deyil" - Deputat

"Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları məsələ ilə bağlı lazımi addımları atdı. Hətta onlar həbs olundu. Şəhidlər bizim dəyərimizdir və biz onlara hörmətlə yanaşmalıyıq".

Bunu News24.az -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Şəhidlər Xiyabanında ərəb turistlərin məzarlar üzərində çəkdikləri uyğunsuz video ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 

Deputat eyni zamanda bildirib ki, bu hadisəni bütövlükdə ərəblərə qarşı təbliğat xarakterli kampaniyaya çevirmək düzgün deyil:

"Bu gün turizmin inkişafı bizim üçün olduqca önəmlidir. Çünki dünyada turizm ən çox gəlir gətirən sahələrdən biridir. Lakin bəzən verdiyimiz reaksiyalarda ifrata yol veririk. Ərəb turistlərin etdiyi əməl onların bu hərəkətin mahiyyətini anlamamalarından irəli gəlir. Bu, ümumi şəkildə ərəblərə qarşı yönəlmiş bir aksiya kimi qəbul edilməməlidir. Çünki bu, gələcəkdə ölkəmizin turizminə ciddi zərbə vura bilər".

Ceyhun Məmmədovun sözlərinə görə, oxşar halların qarşısını almaq üçün müəyyən maarifləndirici tədbirlərin görülməsi vacibdir:

"Bu cür yerlərdə maarifləndirici lövhələr yerləşdirilməlidir. Bu lövhələr vasitəsilə qonaqlara şəhidlərin, ziyarətgahların və müqəddəs məkanların bizim üçün hansı dəyər daşıdığı izah olunmalıdır. Biz həm dəyərlərimizi qorumalı, həm də turizm sektorunun inkişafını diqqətdə saxlamalıyıq".

Aqil Qarayev


Избранный
162
1
news24.az

2Источники