RU

Qazaxıstanda kişi avtomobili uşaqların üzərinə sürdü - Ölənlər var

Qazaxıstanın Abay vilayətinin Urjar rayonunda sürücü avtomobili bir qrup uşağın üzərinə sürüb.

“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı sürücü 6 nəfəri vurub. 

Onlardan 3 nəfər ölüb, digər 3 nəfər isə xəsarət alıb.

İlkin məlumatlara görə, “Toyota” markalı avtomobilin 55 yaşlı sürücüsü idarəetməni itirərək maşını bir qrup azyaşlının üzərinə sürüb.

İki uşaq hadisə yerində, biri isə tibb müəssisəsinə aparılarkən yolda ölüb.

Daha üç azyaşlı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılıb. Ekspertiza onun qəza zamanı spirtli içkinin təsirində olmadığını açıqlayıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin göstərişi ilə göyərtəsində reanimatoloq, neyrocərrah və travmatoloqdan ibarət həkim briqadasının olduğu hərbi təyyarə hadisə yerinə gəlib.

Qəza  nəticəsində xəsarət alan uşaqlara təcili tibbi yardım göstərilib. 

Избранный
37
50
qafqazinfo.az

10Источники