RU

Qazaxıstanda uşaqların üzərinə avtomobil sürlüdü - Ölənlər var

Qazaxıstanın Abay vilayətinin Urjar rayonunda sürücü avtomobili bir qrup uşağın üzərinə sürüb.

“Qafqazinfo” bu ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu gün baş verən hadisə zamanı sürücü 6 nəfəri vurub. 

Onlardan 3 nəfər ölüb, digər 3 nəfər isə xəsarət alıb.

İlkin məlumatlara görə, “Toyota” markalı avtomobilin 55 yaşlı sürücüsü idarəetməni itirib. Avtomobil yolun hərəkət hissəsindən 10 metr aralıda yerləşən evin darvazasında dayanan bir qrup azyaşlının üzərinə aşıb.

Qəza nəticəsində iki uşaq yerindəcə, biri tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

Daha üç azyaşlı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. 

Ekspertiza onun qəza zamanı ayıq olduğunu göstərib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin göstərişi ilə göyərtəsində reanimatoloq, neyrocərrah və travmatoloqdan ibarət həkim briqadasının olduğu hərbi təyyarə hadisə yerinə gəlib.

Qəza  nəticəsində xəsarət alan uşaqlara təcili tibbi yardım göstərilib. 

 

Избранный
30
50
qafqazinfo.az

10Источники