RU

Misir XİN: Qəzza ilə bağlı danışıqlarda irəliləyiş var

Misirin xarici işlər və emiqrasiya məsələləri üzrə naziri Bədr Əbdül Ati Qəzzadakı vəziyyətin nizamlanması səylərində əhəmiyyətli irəliləyiş olduğunu açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı bildirib.

Əbdül Ati vurğulayıb ki, Misir Qətər və ABŞ ilə birlikdə atəşkəsə nail olmaq, humanitar yardım çatdırmaq, girov və məhbusları azad etmək üçün fəal vasitəçilik edir.

Nazir qeyd edib ki, bu istiqamətdə mühüm irəliləyiş Qahirədə Fələstin nümayəndə heyəti ilə aparılan, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun HƏMAS hərəkatı tərəfindən də bəyənilən təklifi ilə bağlı son məsləhətləşmələrdə də öz əksini tapıb.

"Cebheinfo.az" 

Избранный
28
6
cebheinfo.az

7Источники