RU

Rubio Fidanla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi

ABŞ dövlət katibi Marko Rubio Türkiyə xarici işlər naziri Hakan Fidanla Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

 

Məlumata görə, tərəflər Rusiya və Ukrayna arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparıblar. Katib və XİN rəhbəri müharibənin dayandırılmasının zəruriliyi barədə razılığa gəliblər.

 

Onlar həmçinin Suriyada sülh və sabitliyə davamlı dəstək, İranın nüvə proqramı da daxil olmaqla çoxsaylı regional məsələləri müzakirə ediblər.

Избранный
63
39
modern.az

10Источники