RU

“Felipe Santosu qırmızı vərəqədən qorumaq istədim” Elmar Baxşıyev

ain.az bildirir, Footbal-plus portalına istinadən.

“Zirə” - “Araz-Naxçıvan” oyunundan sonra qonaqların baş məşqçisi mətbuat konfransı keçirdi.- Gərgin oyun alındı. Hər iki komanda yaxşı oynadı. Bir xal da bizim üçün xeyirliydi. Turlar keçdikcə komandam daha yaxşı oynayacaq.- Oyundan sonra Rahillə Simakala dava edirdi. Nəyə görə? Məşqlərdə də aralarında problem var idi?- İkisi də bizim futbolçumuzdu. Yəqin bir xala seviniblər (gülür). Heç bir dava olmayıb.- Felipe Santosun meydandan çıxması taktiki gediş idi, yoxsa qırmızı vərəqədən çəkindiz?- Həm taktiki gediş idi, həm də qırmızı vərəqədən qorumaq istədim.- Rəhbərlik avrokuboklardan sonra narazı idi. Sizə hansısa iradlar oldu?- Bizə təşəkkür etməli deyildi, irad oldu. Çalışdıq, alındıra bilmədik. Komandanın təcrübəsizliyi ilə əlaqələndirərdim. Ümumi götürəndə minimum vəzifəni yerinə yetirdik. Komanda şəklində yaxşı təcrübə qazandıq. Məğlubiyyətlərə doğru yanaşsaq, xeyirli ola bilər.- Avrokuboklarda ağır məğlubiyyətlərdən sonra komandani toparlaya bilmisiz? Toparlaya bildizsə, bu çətin olmadı?- Yenilgi psixoloji və bəzi amillərdə təsir göstərdi. Komandam möhkəmdi. Getdikcə təsiri olmayacaq. Biz də başa düşürük ki, daha yaxşısını edə bilərdik. Ola bilər ki, gücümüz, ola bilər ki, təcrübəmiz çatmadı.MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
1
icma.az

2Источники