RU

Putin-Zelenski görüşü hansı şəhərdə keçiriləcək? - ADLAR

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda Volodimir Zelenski və Avropa liderləri ilə görüşündən sonra Rusiya və Ukrayna prezidentlərinin birbaşa dialoqu gündəmə gəlib.

Tramp bu görüşün təşkilinə hazır olduğunu bildirib. Bundan dərhal sonra siyasətçilər və media müxtəlif məkan variantlarını irəli sürüblər.

Moskva

Qərb mətbuatı Kreml mənbələrinə istinadən bildirir ki, Vladimir Putin görüşün Moskvada keçirilməsini təklif edib. Lakin Zelenski bu variantı dərhal rədd edib.

Roma

İtaliyanın Baş naziri Meloni Romanı üçtərəfli sammit üçün meydança kimi irəli sürüb. Tramp və Zelenski bu təklifə müsbət yanaşıblar. Lakin bəzi diplomatlar bu ehtimalı zəif sayırlar.

Cenevrə

Fransa Prezidenti Emmanuel Makron görüşün Cenevrədə təşkil olunmasını təklif edib. Məlumata görə, Putin də bu variantı üstün tutur. İsveçrə rəsmiləri Putinə diplomatik toxunulmazlıq veriləcəyini bəyan ediblər. Qeyd edek ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) onun barəsində həbs orderi çıxarıb.

 

Budapeşt

"Reuters" və "Sky News" nəşrlərinin məlumatına görə, ABŞ administrasiyasındakı yüksək vəzifəli mənbələr görüş üçün Budapeştin də müzakirə olunduğunu bildiriblər.

İstanbul

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenski ilə son danışıqlarda İstanbulun təcrübəsini əsas gətirərək yenidən bu şəhəri təklif edib. Ankara bu təşəbbüsün hələ də qüvvədə olduğunu vurğulayıb.

Minsk

Belarus Prezidenti Aleksandr Lukaşenko da görüşə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb. O, “sülh naminə” belə bir toplantını dəstəklədiyini deyib, lakin Zelenskinin Minska gələcəyinə şübhə ilə yanaşıb.

Digər variantlar

Bəzi KİV-lər Helsinki və Yaxın Şərq ölkələrini də mümkün mərkəzlər sırasında göstərirlər.

Hazırda yekun qərar yoxdur. Görüşün yeri yaxın həftələrdə müəyyən ediləcəyi gözlənilir.

Избранный
96
38
modern.az

10Источники