Azərbaycanlı futbolçu Elməddin Məmmədov növbəti dəfə legioner həyatı yaşayacaq.
Offsideplus.az xəbər verir ki, ötən mövsüm "Mingəçevir"in formasını geyinən qolkiper Albaniyada çıxış edəcək.
Məmmədov "Luftetari Gjikastra" klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu bundan öncə "Alqa"(Qırğızıstan), "Tsxinvali"(Gürcüstan), "TC Sports Club"(Maldiv adaları), "Muras Yunayted"(Qırğızıstan), "St. Andryus"(Malta), "Yedinstvo Bihac"(Bosniya və Herseqovina) klublarında çıxış edib.