RU

Ömrü oğlunun ölüm tarixi ilə bağlanan şəhid atası... "Anamın qucağında gözlərini yumdu"

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yardımlı rayonunun Anzov kənd sakini, şəhid Seymur Bəbirovun atası Bədirxan Bəbirov vəfat edib.

Şəhidin bacısı oğlu Şükür Məmmədli Bakupost.az-a açıqlamasında bildirib ki, o, uzun sürən xəstəlikdən dünyasını dəyişib.

"5 gün əvvəl onun xəstəliyi ilə əlaqədar Yardımlıya getmişdik. Anam görsün deyə... Qəfil vəziyyəti pisləşdi. Anamın qucağında da həyatını itirdi. İnfark olmuşdu. Ürəyi dözmədi..."

O bildirib ki, dayısı 1998-ci ildə döyüş tapşırığını yerinə yetirərkən itkin düşüb. Onun nəşinin qalıqları isə 2004-cü ildə tapılaraq avqustun 19-u ailəsi tərəfindən dəfn edilib. Bədirxan Bəbirov da düz 21 il sonra – 2025-ci il avqustun 19-da vəfat edib.

"Tale elə gətirdi ki, babamın ömrü dayımın ölüm tarixi bağlandı. Həsrət içində dünyadan köçdü, amma qürurla...Bizə ən böyük mirası da Vətən sevgisi və şəhid ailəsi olmağın şərəfi oldu".

Asena,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
www.bakupost.az

1Источники