RU

Böyük Britaniyada xərçəngi aşkarlamaq üçün yeni cihaz hazırlanıb

Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın Varvik Universitetinin alimləri xərçəngin yayılmasını daha asan müəyyən etməyə imkan verən almaz əsaslı sensor hazırlayıblar.

Hafta.az “Independent”ə istinadla xəbər verir ki, onların yaratdığı əl cihazı bədənə yeridilən kiçik maqnit hissəciklərini izləmək üçün nəzərdə tutulub.

Mütəxəssislərin sözlərinə görə, bu texnologiya hazırda xəstəxanalarda istifadə olunan radioaktiv markerlərin və boyaların zərərsiz alternativinə çevrilə bilər.

Xərçəng hüceyrələrinin ilkin şişdən bədənin digər hissələrinə yayılması, yəni metastaz xərçəngin müalicəsində ən ciddi problemlərdən biri sayılır. Həkimlər, adətən, xərçəngin limfa düyünlərinə çatıb-çatmadığını öyrənmək üçün testlərə güvənirlər. Limfa düyünləri bədəndə zərərli maddələri süzən toxuma sahələridir. Nəticələr cərrahiyyə və sonrakı müalicə qərarlarına birbaşa təsir edir.

Alimlər araşdırma zamanı almaz kristallarından istifadə etməklə yüksək həssaslığa malik sensor yaratdıqlarını bildiriblər. Bu cihaz şişə yeridilən və dəmir oksid nanohissəciklərindən ibarət olan maqnit markerini aşkar edə bilir. Marker bədəndə xərçəng hüceyrələri ilə birlikdə hərəkət edərək, onların limfa düyünlərinə çatıb-çatmadığını üzə çıxarır.

Tədqiqatçılar hesab edirlər ki, bu üsul gələcəkdə xərçəng diaqnostikasını daha dəqiq, təhlükəsiz və əlçatan edə bilər.

Избранный
27
6
hafta.az

10Источники