RU

KİV: Türkiyə Ukraynada davamlı sülhə nail olmaq üçün dəstək verməyə hazırdır

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında bildirib ki, Ankara Ukraynada ədalətli və davamlı sülhün əldə olunması üçün hər cür dəstəyi verməyə hazırdır.

Operativ Media xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.

Danışıq zamanı ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüşün nəticələri, həmçinin Volodimir Zelenski və bəzi Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən görüşün nəticələri müzakirə olunub. Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün yaxın gələcəkdə atılacaq addımlar da müzakirə edilib.

Nazir Fidan bir daha bəyan edib ki, Türkiyə sülhə nail olmaq üçün bütün mümkün dəstəyi verməyə hazırdır.

Избранный
12
operativmedia.az

1Источники