"Kəpəz" sabiq baş məşqçisini geri qaytarıb.
Söhbət Etibar İbrahimovdan gedir.
47 yaşlı mütəxəssis bu dəfə klubun akademiyasında çalışacaq.
İbrahimov 2018/2019 mövsümündə “Kəpəz”in baş məşqçisi olub. 2022/23 mövsümündə isə məşqçi kimi çalışıb.
O, daha əvvəl "Ayntraxt"da ixtisasartırma kurslarında da iştirak edib.
Onun 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində və Hindistan yığmasında da məşqçi kimi təcrübəsi var.
XANOĞLAN / SPORTİNFO.AZ