Bakı, 19 avqust, AZƏRTAC
2025-ci ilin gözlənilən dövlət büdcəsinin kəsiri 1 milyard 556 milyon manat azaldılaraq 1 milyard 495,6 milyon manat məbləğinə çatdırılıb.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 1,2 faiz həcmində olacaq.
Eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2025-ci ildə 22,6 faiz proqnoza qarşı mövcud gözləntilər əsasında ilin sonuna 21,4 faiz səviyyəsində olacağı gözlənilir.