RU

Dünyada epizootik vəziyyətə dair – VİDEO MƏLUMAT

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır.

Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib.

AQTA-dan AZƏRTAC-a verilən məlumata görə, ötən həftə ərzində dünyada 4 xəstəlik üzrə epizootiya halı baş verib. Ümumilikdə dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur.

Qalib Əbdüləliyevin təqdim etdiyi məlumatlarla daha ətraflı linkdə tanış ola bilərsiniz.

 

Избранный
3
4
azertag.az

6Источники