Bakıda 27 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Gundem.az Oxu.az-a istiandən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.
Avqustun 18-də saat 23 radələrində Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Seymur Arif oğlu Həsənov işlədiyi avtoyuma məntəqəsində ehtiyatsızlıqdan elektrik cərəyanının vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.