RU

Rezidenturaya qəbul olunanların elektron qeydiyyatına başlanılır

Rezidenturaya
Avqustun 21-i saat 11:00-da ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunan namizədlərin elektron qeydiyyat prosesinə start veriləcək. Elm və Təhsil Nazirliyindən 1news.az-a bildirilib ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər. Elektron sistem üzrə qeydiyyat avqustun 28-i saat 18:00-da yekunlaşacaq.

Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən təhsil haqqını bank, poçt, “eManat” vasitəsilə nağd şəkildə ödəyə bilərlər. Nağdsız ödəniş üçün isə tələbələr portal.edu.az və ya bankların mobil tətbiqlərindən istifadə edə bilərlər.

Избранный
33
20
1news.az

10Источники