Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.
Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs orderi verdiyi Rusiya Prezidenti Vladimir Putin Volodimir Zelenski ilə Ukrayna üzrə sülh danışıqları aparmaq üçün İsveçrəyə gələrsə, ölkə ona toxunulmazlıq hüququ verəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçrənin xarici işlər naziri İnyatsio Kassis mətbuat konfransında bildirib.
"Keçən il İsveçrə hökuməti həbsinə order verilmiş şəxsin toxunulmazlıq hüququ ilə təmin olunması qaydalarını müəyyən edib: toxunulmazlıq hüququ şəxsin özəl səbəblərdən deyil, sülh konfransı üçün gəlməsi halında mümkündür" - Kassis izah edib.
Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron “LCI” xəbər kanalına müsahibəsində sülh danışıqlarının Cenevrədə keçirilməsini təklif edib. "Mən Cenevrəni təşviq edirəm," - deyə o bildirib.
İdeyanı İtaliya da dəstəkləyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.