RU

Quba-Xınalıq yolunda yeni körpünün inşası yekunlaşır - FOTOLAR

Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası son mərhələdədir. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb. Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra yeni körpünün tikintisi işlərinə başlanılıb.

Yeni körpü 12 metr uzunluğunda, 9 metr enində və 1 aşırımlı olmaqla inşa edilib. Körpünün hər iki tərəfində piyada keçidi və istinad divarı tikilib. Hazırda körpü yanaşmalarının bərkidilməsi işləri aparılır.

Избранный
34
9
sia.az

10Источники