Azərbaycanda daha bir klinikada əməliyyat otağından xoşagəlməz görüntülər yayılıb.
Far.Az xəbər verir ki, plastik əməliyyata girən həkim əlində salfetka, daha sonra isə dəmirlə oynamağa başlayıb.
Sözügedən görüntüləri jurnalist Pərvin Abışova sosial şəbəkədə paylaşıb.
O iddia edib ki, videoda oynayan həkim əvvəllər saç ustası kimi fəaliyyət göstərib.
Baş verənlərlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sorğu göndərdik.
TƏBİB-dən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, bu əməliyyat TƏBİB tabeli tibb müəssisələrində icra edilməyib. Hadisə TƏBİB tabeli tibb müəssisəsində baş verməyib.
Sözügedən görüntüləri təqdim edirik: