RU

Bu ənənələr sizi narahat edəcək

Missiya.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dünyanın müxtəlif bölgələrində insanların mədəni kimliklərini formalaşdıran ən qorxunc və qəribə adət-ənənələr mövcuddur.

Missiya.Az bu istiqamətdə araşdırmasını təqdim edir.

Dünyanın müxtəlif guşələrində formalaşmış bəzi adət-ənənələr var ki, onlar insanların həyat tərzinə, inancına və mədəniyyətinə işıq tutsa da, xaricdən baxıldığında olduqca qorxunc görünür. Bu ənənələr çox zaman qədim inancların və ruhani ritualların davamı olaraq yaşayıb, bəzən isə insanın ağrıya, ölümə və ya qorxuya münasibətini sınamaq məqsədi daşıyır.

Afrikanın bəzi tayfalarında isə adət-ənənələr daha çox cəsarət və güc üzərində qurulub. Məsələn, Keniyada yaşayan Massai tayfasında gənc oğlanların yetkinliyə keçidi aslan ovlamaq kimi təhlükəli mərasimlərlə ölçülürdü. Hərçənd bu gün artıq aslan ovu qadağan edilib, ənənə simvolik mərasimlərlə davam edir. Amazon meşələrində isə yaşayan Satere-Mawe tayfasında isə gənclər ağrıya dözümlülüyünü sübut etmək üçün əllərini içi qarışqa ilə dolu əlcəklərə salırlar. Bu qarışqaların sancısı dünyanın ən güclü ağrı mənbələrindən biri sayılır və bu imtahandan keçmək döyüşçü ruhuna sahib olmağın göstəricisidir. 

Başqa bir ənənə burada yaşayan Yanomami qəbilələrində birliyini qoruduğuna inandıqları üçün ölü qohumlarının ətini yeyir. Mərhumun cəsədi əvvəlcə odda yandırılır, sonra ikinci hissə banan bişirilir, əzilir və ölülərin kül və sümüyü ilə qarışdırılır və sonra kənd sakinlərinə verilir.

Təbii ki, bu adətlərin hamısı maraq doğurtmur, eyni zamanda dəhşətli və təhlükəlidir. İndoneziyadakı Dani qəbiləsinin qadınları kədərlə mübarizə aparmaq üçün olduqca unikal və sərt üsula malikdirlər. Onlar sevdikləri birini itirdikdə barmaqlarını üst oynaq amputasiya ediləcək şəkildə kəsirlər.

Dəhşətlisi odur ki, Hindistanın bəzi yerlərində 2 yaşından kiçik körpələri damdan atmaq kimi bir ritual belə var. Onlar xəstə uşaqları müdafiəsiz şəkildə müəyyən məsafədən atırlar və inanılırlar ki, uca Yaradan onları havadan hamak yaradaraq möcüzəvi şəkildə xilas edəcək.

Avropada da qəribə, eyni zamanda maraqlı ənənələr var. İspaniyanın Pamplona şəhərində keçirilən öküz qaçışı həm yerli əhali, həm də turistlər tərəfindən həyəcanla izlənilir. İştirakçılar dar küçələrdə vəhşi öküzlərin önündə qaçaraq həm adrenalini, həm də qədim bayramın simvolik mənasını yaşayırlar. 

Tibetdə isə buddistlərin “göy dəfn” adlanan bir ənənəsi var. Bu mərasimdə ölülərin cəsədləri dağ başlarına aparılır və quzğunlara yem kimi təqdim olunur. Buddist inancına görə, bu, həm insan bədəninin təbiətə qayıdışı, həm də ruhun azadlığı deməkdir. Lakin ilk dəfə eşidən və görənlər üçün bu mənzərə son dərəcə sarsıdıcı ola bilər.

Qədim və müasir dövrdə qorxunc sayılan bu ənənələr insanların həyat, ölüm və ağrı anlayışlarını özünəməxsus şəkildə əks etdirir. Onların hər birində mədəni dərinlik və mistik mənalar gizlənib, amma yad bir göz üçün çox vaxt dəhşətli təsir bağışlayır.

İlahə QənbərliMissiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
missiya.az

2Источники