RU

İrəvan və Tehran münasibətləri strateji səviyyəyə yüksəltməyi planlaşdırır

Ermənistan və İran ikitərəfli münasibətləri strateji səviyyəyə qaldırmağı planlaşdırır. 

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda İran Prezidenti Məsud Pezeşkianla keçirdiyi brifinqdə deyib. 

Onun sözlərinə görə, İran Prezidentinin səfəri iki xalq arasında möhkəm dostluq əlaqələrinə əsaslanan qarşılıqlı etimad münasibətlərinə yeni təkan verəcək:

“Biz belə qənaətə gəldik ki, ikitərəfli münasibətləri strateji səviyyəyə çatdırmaq üçün işlərin həyata keçirilməsinin vaxtı çatıb".

Baş nazir qeyd edib ki, tərəflər regiondakı vəziyyəti və nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə ediblər. Paşinyan əmin edib ki, İrəvanın mövqeyi məlumdur və “Sülh yollarının kəsişməsi” təşəbbüsünə daxildir. Ermənistan və bütün erməni xalqı İranın ölkənin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı aydın mövqeyini yüksək qiymətləndirir.

Baş nazir Pezeşkiana Vaşinqtonda Azərbaycanla sülh yolu ilə nizamlanma ilə bağlı əldə olunmuş razılaşmaların detallarını təqdim edib. O, əmin edib ki, kommunikasiyaların açılmasına dair saziş Ermənistan-İran əməkdaşlığı üçün dəmir yolu daşımaları, o cümlədən Naxçıvan-Culfa dəmir yolunun açılması üçün yeni qapılar açacaq. Ermənistan üzərindən kommunikasiyalar ölkənin suverenliyi altında fəaliyyət göstərəcək, təhlükəsizliyi hər hansı başqa dövlət deyil, Ermənistanın özü təmin edəcək. 

Nurlana ƏhmədovaMissiya.Az

Избранный
5
missiya.az

1Источники