RU

Lavrov “SSRİ” yazılmış sviterinə reaksiyalardan danışdı

BAKI, 19 avqust. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskada keçirilən sammitdə üzərində “SSRİ” yazılmış sviter geyinərək görünməsinə ABŞ-nin reaksiyasından danışıb.

Teleqraf xəbər verir ki, “Rossiya 24” telekanalına müsahibəsində Lavrov ABŞ dövlət katibi Marko Rubionun geyiminə müsbət rəy verdiyini deyib.

“Onlar heç bir isteriya olmadan sadəcə bəyəndiklərini söylədilər. Rubionun dediyi kimi, bu, gözəl köynəkdir”, - nazir bildirib.

Lavrov əlavə edib ki, geyiminin yaratdığı sensasiya şişirdilib. Onun sözlərinə görə, bu gün sovet rəmzləri olan məhsullar geniş yayılıb və bunlarda qəbuledilməz heç nə görmür.

“Bu, bizim həyatımızın, tariximizin bir hissəsidir. Bu, keçmiş sovet respublikalarının əhatəsində Rusiya Federasiyası kimi mövcud olan vətənimizdir”, - Lavrov əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Lavrovu Alyaskadakı geyiminə görə zarafatla “imperialist” adlandırmışdı.

Избранный
86
teleqraf.com

1Источники