RU

Quba-Xınalıq yolunda yeni körpünün inşası yekunlaşmaq üzrədir (FOTO)

Bakı.Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindənQuba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsindədağılan körpünün yerində yenisinin inşası son mərhələdə olmaqladavam etdirilir.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyiməlumat yayıb.

Məlumatda bildirilir ki, aparılan işlər çərçivəsində ilkinmərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqamətidəyişdirilib, tikinti sahəsi hazırlanıb. Texnoloji ardıcıllığauyğun olaraq, daha sonra yeni körpünün tikintisi işlərinəbaşlanılıb.

Qeyd edilib ki, yeni körpü 12 metr uzunluğunda, 9 metr enində və1 aşırımlı olmaqla inşa edilib. Körpünün hər iki tərəfində piyadakeçidi və istinad divarı tikilib. Hazırda körpü yanaşmalarınınbərkidilməsi işləri aparılır.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinəəsasən, tərtib olunmuş qrafiklə icra olunur. İşlərin qısa zamandayekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvəvə texnika cəlb edilib.

Quba-Xınalıq
Quba-Xınalıq
Quba-Xınalıq
Избранный
71
12
az.trend.az

10Источники