Hurriyyet.az Snn.ir portalına istinadla xəbər verir ki, hazırda İrəvanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra keçirilən mətbuat konfransındakı çıxışında Tehranın Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını dəstəklədiyini bəyan edib.
Pezeşkian deyib: "Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirik. İranın hədəfi - bütün istiqamətlərdə Ermənistanla münasibətləri inkişaf etdirmək və bu münasibətləri strateji səviyyəyə yüksəltməkdir".
Pezeşkian Paşinyanı İran İslam Respublikasına səfərə dəvət edib.
Hürr Tərcüman