RU

Bakıda qadın 46 yaşlı sevgilisini öldürdü

Bakıda qadın kişini qətlə yetirib.

Metbuat.az xəbər verir ki, hadisə gecə saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

Избранный
34
34
metbuat.az

10Источники