RU

Makron Putin-Zelenski görüşünün Cenevrə və ya İstanbulda keçirilməsini təklif etdi...


Fransa Prezidenti Emmanuel Makron Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında mümkün görüşün Avropada keçirilməli olduğunu, bunun üçün isə Cenevrə şəhərini ən uyğun seçim kimi gördüyünü bildirib.

Bu barədə o, LCI telekanalına verdiyi müsahibədə danışıb və bu təşəbbüsün artıq hipotetik fikir deyil, kollektiv iradə olduğunu vurğulayıb.

Makron bildirib ki, görüş neytral bir ölkədə keçirilməlidir. Fransa Prezidenti İsveçrənin Cenevrə şəhərini açıq şəkildə dəstəklədiyini, lakin digər neytral Avropa ölkəsinin də tədbirə ev sahibliyi edə biləcəyini istisna etməyib.

“Sonuncu dəfə ikitərəfli danışıqlar İstanbulda keçirilmişdi”, – deyə o xatırladıb.

Bu təklif Vaşinqtonda Donald Tramp ilə bir sıra Avropa liderlərinin keçirdiyi görüşdən sonra gündəmə gəlib. Görünür, beynəlxalq diplomatik səylər yenidən aktivləşib və Makron bu prosesdə fəal vasitəçi rolunu öz üzərinə götürmək niyyətindədir.

ZÜMRÜD

Избранный
5
2
baki-xeber.com

3Источники