RU

ÇPA nın Nəsimi bölüyü ...

Adelet.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qanun o vaxt ali olur ki, onun icrası aidiyyatı qurumlar tərəfindən yüksək səviyyədə həyata keçirilir. Bu mənada Çevik Polis Alayının xidməti də diqqətə layiqdir. Əlbəttə, bu qurum Daxili İşlər Nazirliyinin  nümunəvi strukturlarındandır. Belə ki, onlar cinayətkarlığa qarşı mübarizə aparır, ictimai asayişi qoruyur və kütləvi tədbirlərdə insanların təhlükəsizliyini təmin edir. Bununla yanaşı, ÇPA-ı  çətin vəziyyətdə olan, onlardan kömək istəyən , hətta xəstə insanları vaxtında xəstəxanalara çatdırmağı bacarır. Bütün bunları isə xalq, cəmiyyət görür və polisə böyük hörmətlə yanaşır.

Bu günlərdə yolum " 20 yanvar" dairəsinə düşmüşdü. Həmişə həmin yerdə və avtobus dayanacağında taksilərin əlindən tərpənmək mümkün deyildi. Ən çox da taksi sürücüləri dayanacaqları zəbt etdiyinə görə, avtobuslar dayanacağa daxil ola bilmir, sərnişinlər isə avtobusa minməkdə çətinlik çəkirdilər.Amma bu dəfə başqa bir mənzərə gördük. Gördük ki, ÇPA - nın  Nəsimi bölüyü adını çəkdiyimiz ünvanda qayda- qanunu yaradıb, üstəlik də xidmətdə olan  əməkdaşlar ora nəzarət edirdilər. Xidməti avtomobildə olan Çevik Polis Alayının əməkdaşları  sürücülərə xəbərdarlıq edir və onları maarifləndirərək bildirirdi ki, dayanacaqda  avtomobil saxlamaq olmaz . Bölüyün başqa bir əməkdaşı isə dayanacaqda maşın saxlamaq istəyən sürücülərə deyirdi ki,burada nəqliyyat vasitələrini saxlamayın.

Polisin profilaktik tədbirl sərnişinlərin də ürəyincə idi. Bir neçə saat müşahidə apardıq. Gördük ki, sürücülər də polisin tələblərinə əməl edir. Bununla yanaşı, "20 yanvar" metrostansiyası ətrafında küçə ticarətinin qarşısı tamamilə alınıb. Üstəlik, " 20 yanvar" küçəsində və digər küçə və prospektlərdə demək olar ki, küçə ticarətinə rast gəlmədik. Halbuki bir neçə ay bundan əvvəl həmin ünvanlarda küçə ticarətinin əlindən səkilərdə hərəkət etmək mümkün deyildi. Bir hadisənin də şahidi olduq; gördük ki, " 20 yanvar" küçəsində bir mağazanın əməkdaşı tərəvəz məhsullarını küçəyə yığır. Elə həmin an Çevik Polis Alayının iki əməkdaşı satıcı imkan vermədi və məhsulları mağaza aparmağı bildirdi. Hər iki əməkdaş satıcı ilə maarifləndirici  söhbətlər apardı. Təbii ki, bu da öz nəticəsini verdi

Öyrəndək ki, Çevik Polis Alayının Nəsimi bölüyünə Emin adlı bir polis zabiti komandir təyin edilib. Və onun təyinatından sonra xidmətdə belə bir dönüş yaranıb və rayon ərazisində bütün yerlərdə qayda- qanun təmin edilib. Sevindirici haldır ki, Çevik Polis Alayının  belə profilaktik tədbirlər ictimaiyyət tərəfindən hörmətlə qarşılanır.Heç şübhəsiz , Çevik Polis Alayının Nəsimi bölüyünün bu nümunəvi xidməti Bakının digər rayonlarında da yayılsa, çox yaxşı olar.Dayanacaqlar taksi sürücüləri tərəfindən zəbt olunmaz, küçə ticarəti baş alıb getməz!

Emil Faiqoğlu  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
adalet.az

2Источники