RU

"Hababam Sınıfı" ilə bağlı bu faktları bilirdinizmi?

7-dən 77-yə hamının sevərək izlədiyi "Hababam Sınıfı" filmi ilə bağlı bəzi bilinməyən detallar ortaya çıxıb. 

Far.Az xəbər verir ki, bu faktlar əsasən aşağıdakılardan ibarətdir:

Bütün aktyorlar senari və dialoqlara bağlı qalmaq məcburiyyətində olub. Sadəcə "Şaban" obrazını canlandıran aktyor Kemal Sunala istədiyi kimi danışmaq haqqı verilib. 

"Hayta İsmayıl"ın hərbi xidmətdən müvəqqəti olaraq gəlməsi həqiqətən baş verib. O həqiqətən həmin vaxt hərbi xidmətdə olub. Aktyora icazə verildiyi vaxt isə o "Hababam Sınıfı" filminin çəkiliş meydanını ziyarət edib.  

"Paşa Nuri" olaraq tanınan aktyor Sıtkı Akçatepe həqiqətən Qurtuluş Savaşı qazisi olub. O həmdə "Güdük Necmi" obrazını canlandıran Halit Akçatepenin atasıdır. 

"Hababam Sınıfı" ilk filmində bilik yarışının aparıcısı olan aktrisa Ayşe Qruda 3 il sonra ekran işində şagird rolunda çəkilib. 

"Hababam Sınıfı" və bir çox filmin rejissoru olan Erten Eğilmezin Ferit adlı oğlu vəfat edib. Aktyor Tarık Akanı da oğlu kimi sevdiyi üçün o filmdə ona Ferit adını verib. 

"Hababam Sınıfı Uyanıyor" filmindəki möhtəşəm qaçış planını çəkiliş heyətində yer alan Dilaver Gür çəkib. O mühəndis olub. Həm oxuyub, həm də film çəkilişlərinə gəlib,

Ekran işinin senari müəllifi Rıfat Ilqazın yazı makinası olmadığından senarini əl yazısı ilə yazmaq məcburiyyətində qalıb. 

Избранный
11
1
far.az

2Источники