RU

Həbsxanadan mesaj var: İmamoğlu Yavaşı prezidentliyə namizəd göstərdi

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi, İstanbul bələdiyyəsinin hazırda həbsdə olan başqanı Əkrəm İmamoğlu jurnalist Fatih Altaylıya müsahibə verib.

Onlaıın hər ikisi Silivri həbsxanasındadır. Ə.İmamoğlu İstanbul bələdiyyəsində korrupsiya ittihamı ilə, Altaylı ölkə prezidentini təhdid etdiyi üçün həbs ediliblər.

"Cebheinfo.az" xəbər verir ki, vəkillər vasitəsilə təşkil olunan müsahibə F.Altaylının “YouTube” kanalında yayımlanıb. Müsahibənin əsas mövzusu Ankara bələdiyyə başqanı Mansur Yavaşın prezident seçkilərində namizəd kimi irəli sürülməsi ehtimalı olub.

İmamoğlu müsahibəsində deyib: 

"Biz heç vaxt namizədliyi şəxsi məsələ hesab etməmişik. Mən də, Mansur Yavaş da xalq qarşısında cavabdehik. Məqsədimiz birdir, qalanı təfərrüatdır".

İmamoğlu digər CHP bələdiyyə sədrlərinin həbsinə görə özünü günahkar hesab edib-etməməsi ilə bağlı suala belə cavab verib:

"Bu, şəxsi mübarizə deyil. Bizim iqtidara hərəkatımız üçün mənə və yoldaşlarıma qiymət qoymağa çalışırlar. Bu yükü könüllü olaraq öz üzərimə götürmüşəm".

İmamoğlu həbsdə olarkən namizədliyini müzakirə etməkdən boyun qaçıran Yavaşın mövqeyi ilə bağlı qeyd edib:

“Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasının üzvünün necə olmalı olduğunu göstərdi”.

Избранный
16
2
cebheinfo.az

4Источники