RU

Ayağını sındıran alpinist 7000 metr hündürlükdə köməksiz qaldı

BAKI, 19 avqust. TELEQRAF

Rusiyalı alpinist Nataliya Naqovitsına Qırğızıstanın Pobeda zirvəsində ayağını sındırıb.

Teleqraf “Telegram 112”yə istinadən xəbər verir ki, 47 yaşlı qadın avqustun 12-də enərkən xəsarət alıb və 7000 metr hündürlükdə qalıb.

Bir həftədir yeməksiz və susuz yüksəklikdə qalan Naqovitsınanın son vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.

Rusiya Müdafiə Nazirliyinin 6 xilasedicisi olan Mi-8 təyyarəsi Naqovitsınanı təxliyə etməyə çalışarkən helikopter sərt eniş edib. Nəticədə pilot və xilasedicilərdən biri xəsarət alıb. Sabahxilasedicilər alpinisti baza düşərgəsinə endirmək üçün yenidən cəhd edəcəklər.

Xatlırladaq ki, Naqovitsinanın əri Sergey 2021-ci ildə Tyan-Şanda Xan Tenqrisinə dırmaşarkən insultdan öldü. Həyati təhlükəyə baxmayaraq, Natalya ərinin cəsədinin yanında qalaraq evakuasiyanı gözləmişdi.

Избранный
48
teleqraf.com

1Источники